Astara sakini selfi çəkdirərkən 7-ci mərtəbədən yıxılaraq ölüb

Astara sakini selfi çəkdirərkən 7-ci mərtəbədən yıxılaraq ölüb Elida Musazadə ehtiyatsızlığın qurbanı olub
Hadisə
27 Oktyabr , 2016 21:18
Astara sakini selfi çəkdirərkən 7-ci mərtəbədən yıxılaraq ölüb

Bakı. 27 oktyabr. REPORT.AZ/ Astara rayon sakini, Azərbaycan küçəsi, ev 57 ünvanında yaşayan 18 yaşlı Musazadə Elida İntiqam qızı ehtiyatsızlıq üzündən 9 mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsindən yıxılaraq dünyasını dəyişib.

"Report"un cənub bürosunun məlumatına görə, hadisə bu gün axşam saat 20:30 radələrində, Heydər Əliyev prospektindəki yaşayış binasında baş verib.

Həmin ünvanda yaşayan bacısıgilə qonaq gələn Elida Musazadə balkonda selfi çəkdirərkən ehtiyatsızlıqdan balkondan yıxılıb. Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.  

Son xəbərlər

Orphus sistemi