Arvadını öldürmək istəyən şəxs hökmdən narazı qalıb

Arvadını öldürmək istəyən şəxs hökmdən narazı qalıb Arvadını öldürməyə cəhddə təqsirləndirilən Natiq Dədəcanov barəsindəki hökmdən apellyasiya şikayəti verib.
Hadisə
6 May , 2020 14:28
Arvadını öldürmək istəyən şəxs hökmdən narazı qalıb

Arvadını öldürməyə cəhddə təqsirləndirilən Natiq Dədəcanov barəsindəki hökmdən apellyasiya şikayəti verib.

“Report” xəbər verir ki, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramovun sədrlik etdiyi kollegiya tərəfindən araşdırılacaq.

Qeyd edək ki, N.Dədəcanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinib.

Hadisə ötən ilin aprel ayında Xəzər rayonu Mərdəkan qəsəbəsində baş verib. N.Dədəcanov bir müddətdir ayrı yaşadığı həyat yoldaşı Vüsalə Dədəcanovanı Mərdəkan qəsəbəsindəki poçtun qarşısında öldürmək istəyib.

Səbəb isə Natiqin həyat yoldaşı tərəfindən evdən qovulması olub. Bir müddət Bakıda parklarda yatan Natiq evə qayıtmaq istəsə də, arvadı onun ailəsinə qarşı laqeyd olmasını, işləməməsini səbəb göstərərək buna icazə verməyib.

Hadisə baş verən gün Vüsalə Binədəki evindən çıxıb, Mərdəkana gedərkən Natiq poçtun qarşısında arxadan ona yaxınlaşıb. Azyaşlı uşaqlarının gözü qarşısında onun boynundan tutaraq bədəninin müxtəlif nahiyyələrinə zərbələr endirib. Vüsalə vaxtında müqavimət göstərib, bıçaq zərbələrinin bir neçəsindən yayınıb. Sonuncu zərbə Vüsalənin çiyin nahiyəsindən dəyərkən bıçağın tiyəsi qırılıb.

Natiqə adam öldürməyə cəhd ittihamı verilsə də, o bildirib ki, Vüsaləni öldürmək niyyəti olmayıb. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu deyib. Hadisədən sonra N.Dədəcanov Bulvara gedərək intihara cəhd edib. Polis əməkdaşları onu saxlayaraq polis bölməsinə gətiriblər.

Son xəbərlər

Orphus sistemi