Araz çayında batan şəxs 17 yaşlı gəncin meyiti sudan çıxarılıb - YENİLƏNİB 2
- 14 iyul, 2025
- 16:44
Araz çayında batan şəxs 17 yaşlı gəncin meyiti sudan çıxarılıb.
"Report"un Muğan bürosunun məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən 2008-ci il təvəllüdlü Süleyman Cahangirlinin meyiti sudan çıxarılaraq adiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
16:44
Araz çayında batan şəxsin kimliyi məlum olub.
"Report"un Muğan bürosunun məlumatına görə, Araz çayının İmişli rayonu, Göbəktala kəndindən keçən hissəsində batan şəxsin 2008-ci il təvəllüdlü Süleyman Cahangirlidir.
Hazırda onun axtarışına Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.
16:15
Araz çayının İmişli rayonu, Göbəktala kəndindən keçən hissəsində bir nəfər batıb.
"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Məlumata əsasən, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.