"Aqroinvest Kredit İttifaqı" MMC-nin İdarə Heyətinin sədri Əyyub Əhmədov barəsindəki hökmdən apellyasiya şikayəti verib.
"Report"un xəbərinə görə, şikayətə Bakı Apelyasiya Məhkəməsinin hakimi Rizvan Səfərovun sədrlik etdiyi kollegiya baxır.
Proses iyunun 28-də keçirləcək.
Külli midrada mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinən Ə.Əhmədov Bakı
İttiham aktına əsasən, Ə.Əhmədov Sahibkarlara Kömək Milli Fondunun 470 min manat pulunu mənimsəməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilir.
Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.
İstintaq dövründə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.
Qeyd edək ki, "Aqroinvest Kredit İttifaqı" Azərbaycan Mərkəzi Bankınin 2001-ci il tarixli daimi lisenziyasına əsasə fəaliyyət göstərib. Maliyyə qurumu həmin il aprelin 6-da İmişli şəhərində təsis olunub.