Anar Bağırov: "Cavan insanların vəkilliyə üz tutması bizi sevindirir"

Anar Bağırov: "Cavan insanların vəkilliyə üz tutması bizi sevindirir" Bakı. 15 noyabr. REPORT.AZ/ Son vaxtlarda biz 535 nəfəri vəkilliyə qəbul etmişik, vəkillərin sayı 1500 nəfəri ötüb.
Hadisə
15 Noyabr , 2018 11:13
Anar Bağırov: Cavan insanların vəkilliyə üz tutması bizi sevindirir
Anar Bağırov
0 : 00
0 : 00

Bakı. 15 noyabr. REPORT.AZ/ "Son vaxtlarda biz 535 nəfəri vəkilliyə qəbul etmişik, vəkillərin sayı 1500 nəfəri ötüb".

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov “Vəkillərin rolu və müstəqilliyi: müqayisəli perspektivlər” mövzusunda keçirilən Beynəlxalq Konfransda deyib.

O bildirib ki, vəkillərin əksəriyyəti 40 yaşına qədər olan şəxslərdir: "Cavan insanların vəkilliyə üz tutması bizi sevindirir. Həmçinin məhkəmələrdə, dövlət qurumlarında, polis və prokurorluqda işləyən yüzlərlə hüquqşünas vəkilliyə üz tutur. Bəli, bu, bizim uğurumuzdu. Təbii ki, vəkillərin sayı daha da artacaq. Deyirlər ki, vəkilliyə qəbul asanlaşdırılıb. Biz namizədlərin savadını artırmaq üçün təlimlər və kurslar təşkil edəcəyik ki, onlar vəkilliyə daha yaxşı hazırlaşsınlar. Hazırda sənəd qəbulu üzrə onlayn sistem yaratmışıq ki, rayonlarda olan insanlar əziyyət çəkməsinlər. Biz həmçinin işə qəbul üçün namizədlərin iş təcrübəsini azaltmışıq. Bu isə vəkilliyə qəbulda maneələri aradan qaldırır".

Son xəbərlər

Orphus sistemi