Ali Məhkəmənin Cinayət Kollegiyasının fəaliyyətinə dair hesabat açıqlanıb

Ali Məhkəmənin Cinayət Kollegiyasının fəaliyyətinə dair hesabat açıqlanıb 2 (0,1 %) nəfər haqqında 2 (0,2 %) iş üzrə kassasiya icraatına xitam verilib
Hadisə
26 Fevral , 2021 16:03
Ali Məhkəmənin Cinayət Kollegiyasının fəaliyyətinə dair hesabat açıqlanıb

Ali Məhkəmənin Cinayət Kollegiyasının icraatında 2020-ci ildə ümumilikdə 2 212 nəfər haqqında 1921 cinayət işləri, məhkəməyədək sadələşdirilmiş icraat materialları, xüsusi ittiham qaydasında şikayətlər üzrə icraat materialları, hərbi məhkəmələrin yurisdiksiyasına aid işlər, habelə hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında icraat materialları olub.

“Report” xəbər verir ki, bu barədə Ali Məhkəmənin Cinayət Kollegiyasının 2020-ci il üzrə fəaliyyətinə dair hesabatda məlumat verilib.

Bu işlərdən 704 (31,8 %) nəfər haqqında 580 (30,2 %) iş 2019-cu ildən qalıq keçib, 1508 (68,2 %) nəfər haqqında 1341 (69,8 %) iş isə 2020-ci ildə daxil olub.

Hesabat ilinin və 2019-cu ilin həmin göstəriciləri müqayisə edildikdə, müəyyən olunur ki, 2020-ci ildə Cinayət kollegiyasının icraatında olmuş işlər şəxslərin sayına görə 745 (24,5 %) nəfər, işlərin sayına görə 713 (27,4 %) iş azalmış, il ərzində daxil olmuş işlər üzrə də şəxslərin sayına görə 724 (32,4 %) nəfər, işlərin sayına görə 547 (29 %) iş azalma müşahidə edilib.

Cinayət Kollegiyasının icraatında olan 2212 nəfər haqqında 1921 işdən 2020-ci ildə cəmi 1410 (63,7%) nəfər haqqında 1205 (62,7 %) işə baxılmış, 20 (0,9 %) nəfər haqqında 17 (0,9 %) iş Cinayət-Prosessual Məcəllənin 415-ci maddəsinə əsasən baxılmamış saxlanılıb, 782 (35,4 %) nəfər haqqında 699 (36,6 %) iş isə 2021-ci ilə qalıq keçib.

Hesabat ilində (2020-ci ildə) baxılmış 1410 nəfər haqqında 1205 iş üzrə qərarlardan 878 (62,3 %) nəfər haqqında 758 (62,9%) iş üzrə apellyasiya instansiyası məhkəmələrinin qərarları (hökmləri) dəyişdirilmədən qüvvəsində saxlanılıb.

121 (8,6 %) nəfər haqqında 99 (8,2 %) iş üzrə qərarlar (hökmlər) ləğv olunub, onlardan da 109 (7,7 %) nəfər haqqında 88 (7,3 %) iş üzrə qərarlar (hökmlər) ləğv olunaraq işlər yenidən baxılması üçün apelyasiya instansiyası məhkəmələrinə qaytarılıb.

Bəraətverici və digər əsaslarla 12 (0,9 %) nəfər haqqında 11 (0,9 %) iş üzrə qərarlar ləğv olunaraq işlər və materiallar üzrə icraata xitam verilib.
143 (10,1 %) nəfər haqqında 102 (8,5 %) iş üzrə qərarlar dəyişdirilib.

2 (0,1 %) nəfər haqqında 2 (0,2 %) iş üzrə kassasiya icraatına xitam verilib.

56 (4%) nəfər haqqında 56 (4,6 %) iş üzrə qərarlardan (hökmlərdən) kassasiya şikayətinin və kassasiya protestinin verilməsi müddətlərinin bərpasına dair vəsatətlər təmin olunmayıb.

210 (14,9 %) nəfər haqqında 188 (15,6 %) iş üzrə olan kassasiya şikayətləri və kassasiya protestləri məhkumların və ya onların müdafiəçilərinin, habelə dövlət ittihamçılarının ərizələrinə əsasən geri qaytarılıb.

Son xəbərlər

Orphus sistemi