Aleksandr Lapşinin İsrailə təhvil verilməsi haqqında ərizəsi Azərbaycanın Ədliyyə Nazirliyinə təqdim edilib

Aleksandr Lapşinin İsrailə təhvil verilməsi haqqında ərizəsi Azərbaycanın Ədliyyə Nazirliyinə təqdim edilib "Biz hazırda cavab gözləyirik"
Hadisə
3 Avqust , 2017 16:53
Aleksandr Lapşinin İsrailə təhvil verilməsi haqqında ərizəsi Azərbaycanın Ədliyyə Nazirliyinə təqdim edilib

Bakı. 3 avqust. REPORT.AZ/ Blogger Aleksandr Lapşinin İsrailə ekstradisiya olunmaq üçün yazdığı ərizəsi Azərbaycanın Ədliyyə Nazirliyinə təqdim edilib.

Bu barədə "Report"a onun vəkili Eduard Çernin məlumat verib.

Vəkilin sözlərinə görə, A.Lapşinin İsrailə təhvil verilməsi ilə bağlı yazdığı ərizəsi hazırda saxlanıldığı Bakı İstintaq Təcridxananın rəisinə verilib: "Bu yaxınlarda müvəkkilimin ərizəsi Azərbaycanın Ədliyyə Nazirliyinə təqdim edilib. Lakin bizə nazirlikdən hələ ki bununla bağlı cavab gəlməyib. Biz hazırda cavab gözləyirik".

Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib. Beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Lapşinə ittiham olunduğu Azərbaycan Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddəsi ilə bəraət verilib. Qeyd edilib ki, bu maddə ilə verilən ittiham məhkəmə istintaqı zamanı sübuta yetirilməyib. Hökmdə qeyd edilir ki, Lapşinin Azərbaycan dövlətinin əleyhinə etdiyi çağırışları təxəyyülünün məhsuludur, dedikləri ehtimal xarakteri daşıyır.

Məhkəmə Lapşini Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə təqsirli bilərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Son xəbərlər

Orphus sistemi