“Al Market”ə cərimə protokolu yazılıb

“Al Market”ə cərimə protokolu yazılıb Azərbaycanda tanınmış marketə cərimə protokolu yazılıb.
Hadisə
220
17 Mart , 2022 11:55
“Al Market”ə cərimə protokolu yazılıb

Azərbaycanda tanınmış marketə cərimə protokolu yazılıb.

“Report”un xəbərinə görə, “Al Market” MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.3-cü (Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib və baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib.

İş hakim Elnur Nuriyevin icraatına verilib. Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.

Bu xətaya görə, fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir.

Rəvan Əziz

Son xəbərlər

Orphus sistemi