"Akabe İnşaat" cərimələnib

"Akabe İnşaat" cərimələnib Bu inzibati xətaya görə, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir
Hadisə
22 Aprel , 2021 10:53
Akabe İnşaat cərimələnib

"Akabe" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) cərimələnib.

“Report”un məlumatına görə, Dövlət Gömrük Komitəsinin İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən tərtib etdiyi protokola baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

İş hakim Aygün Qurbanovanın icraatındadır.

Bu inzibati xətaya görə, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.

Qeyd edək ki, “Akabe” MMC inşaat məhsullarının istehsalı və satışı ilə məşğuldur. Daha çox “Akabe İnşaat” kimi tanınan bu şirkət Avropa və Asiya brendlərinin Azərbaycandakı rəsmi distribüteridir.

Son xəbərlər

Orphus sistemi