Ağsuda silahlı narkokuryerlər saxlanılıb
Hadisə
- 25 yanvar, 2025
- 06:02
Ağsuda silahlı narkokuryerlər saxlanılıb.
“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Belə ki, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 61 yaşlı Taleh Həziyev və əvvəllər də məhkum olunmuş 60 yaşlı Mübariz Əzizov saxlanılıb.
Onlara məxsus avtomobildən 3 kiloqramdan artıq marixuana, “Kalaşnikov” markalı avtomat və patronlar aşkarlanıb.
Saxlanılanlar narkokuryerliyə cəlb edildiklərini və Ağsu rayonunda gizlədilən narkotik vasitələri pul qarşılığında deyilən yerə aparmağa razılaşdıqlarını bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Son xəbərlər
11:12
Azərbaycanın ixrac etdiyi neft və qaz bahalaşıb
Maliyyə11:11
Foto
Rusiya ordusu Kiyevə reaktiv dron zərbələri endirib, 10 nəfər yaralanıb
Digər ölkələr11:04
Azərbaycanın cari əməliyyatlar balansının profisiti 2 dəfə artıb
Maliyyə11:03
Ardıcıl 4-cü quru hesablı qələbəsini qazanan "Sabah" "Qarabağ"ın göstəricisini təkrarlayıb
Futbol11:01
"Bakcell"dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
İKT11:01
DSMF: 8 ayda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar proqnozu 6 %-dən çox üstələyib
Maliyyə10:52
Ali Məhkəmə: Yetkinlik yaşına çatmayanın cinayətə sövqü ilə bağlı məsuliyyətin yaranması üçün konkret səbəblər olmalıdır
Daxili siyasət10:50
Astaranın üç kəndinin qaz təchizatı dayandırılıb
Energetika10:45