Ağsuda qanunsuz ov edən şəxslər müəyyən olunub

Hadisə
  • 15 yanvar, 2024
  • 17:09
Ağsuda qanunsuz ov edən şəxslər müəyyən olunub

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayonun Ağarx kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıblar.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, araşdırma zamanı onların rayon sakinləri – S.Manafov, E.Nəcəfzadə və A.Alışov olduqları müəyyən edilib.

Həmin şəxslərdən 1 ədəd “İJ” markalı ov tüfəngi və ovladıqları çöl quşları aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.