Yuxarı

Ağsuda minik avtomobilinin "KAMAZ"a çırpılması nəticəsində 1 nəfər ölüb

“VAZ” markalı avtomobilinin sürücüsü ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib

Bakı. 16 iyul. REPORT.AZ/ Ağsu rayonunun ərazisində “KAMAZ” markalı yük avtomobili ilə “VAZ” markalı minik avtomobili toqquşub.

“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, qəza nəticəsində “VAZ” markalı avtomobilin sürücüsü 1962-ci il təvəllüdlü Salmanov Mirsəlim Mirzəağa oğlu aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Avtomobildə sıxılmış vəziyyətdə qalmış meyit yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Əməliyyat saat 23:40-da başa çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi