​Ağsuda "Mercedes" yanıb

​Ağsuda "Mercedes" yanıb Minik avtomobilinin mühərrikinin elektrik naqilləri yanıb
Hadisə
14 İyul , 2016 22:46
​Ağsuda Mercedes yanıb

Bakı. 14 iyul. REPORT.AZ/ Ağsu şəhərində yanğın hadisəsi baş verib. 

"Report"un məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi xəbər yayıb.

Məlumata görə, Ağsu şəhərində vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin mühərrikində elektrik naqilləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 17:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Son xəbərlər

Orphus sistemi