Yol polisi avtomobillə azyaşlını vuraraq öldürüb - FOTO - YENİLƏNİB

Yol polisi avtomobillə azyaşlını vuraraq öldürüb - FOTO - YENİLƏNİB Ağsuda piyadanın ölümü nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib
Hadisə
1590
14 Aprel , 2021 11:09
Yol polisi avtomobillə azyaşlını vuraraq öldürüb - FOTO - YENİLƏNİB
0 : 00
0 : 00

Ağsu rayonunda azyaşlını vuraraq öldürən sürücü yol polisi əməkdaşıdır.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə ötən axşam saatlarında rayonun H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, rayon sakini 2011-ci il təvəllüdlü Məhərrəmli Nəzrin Səbuhi qızı həmin prospektdə yolu keçmək istəyərkən onu DYP avtombilini idarə edən polis əməkdaşı Ağsu rayon sakini Kərimov Cavid Nəriman oğlu vurub.

Yaralı dərhal Ağsu Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və Nəzrin Məhərrəmli elə xəstəxanada dünyasını dəyişib.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Ağsu rayon şöbəsinə aparılıb.

DYP avtomobilini idarə edən Cavid Kərimov Bakı-Şamaxı əsas magistral yolunda yol polisi vəzifəsində çalışır.

Faktla bağlı araşdırmalar davam etdirilir.

09:07

Ağsuda piyadanın ölümü nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə ötən axşam saatlarında rayonun H.Əliyev prospektində qeydə alınıb.

Beləki, rayon sakini 2011-ci il təvəllüdlü Məhərrəmli Nəzrin Səbuhi qızı həmin prospektdə yolu keçmək istəyərkən onu Ağsu rayon sakini Kərimov Cavid Nəriman oğlunun idarə etdiyi avtomobil vurub.

Yaralı dərhal Ağsu rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və Nəzrin Məhərrəmli elə xəstəxanada dünyasını dəyişib.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Ağsu rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

 Məhərrəmli Nəzrin
Məhərrəmli Nəzrin

Son xəbərlər

Orphus sistemi