Ağsuda 5 il əvvəl qətl törətməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Ağsuda 5 il əvvəl qətl törətməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır Ağsuda qətl törətməkdə təqsirləndirilən Asif Manafovun məhkəməsi başlayır.
Hadisə
2 İyul , 2022 16:11
Ağsuda 5 il əvvəl qətl törətməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Ağsuda qətl törətməkdə təqsirləndirilən Asif Manafovun məhkəməsi başlayır.

"Report" xəbər verir ki, cinayət işinin ibtidai istintaqı yekunlaşaraq baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Nahid Mirzəyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyulun 15-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2017-ci ilin yanvarında Ağsu rayonun Qaraqaşlı kənd qəbiristanlığında qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü A.Manafov yaxın münasibətlərdə olduğu Ayşən Qəhrəmanova ilə aralarında yaranmış mübahisənin gedişində bıçaqla xəsarət yetirməklə onu öldürüb, daha sonra saat axşam saatlarında meyiti götürüb Baş Şirvan kanalına yaxın ərazidə basdırıb.

A.Manafova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi