Ağstafanın Qaçaq Kərəm kənd məktəbi işıqsız qalıb, problemin həlli üçün tədbirlər görülür

Ağstafanın Qaçaq Kərəm kənd məktəbi işıqsız qalıb, problemin həlli üçün tədbirlər görülür Ağstafa rayonu Qaçaq Kərəm kənd orta məktəbinə elektrik enerjisinin verilməsi artıq neçə gündür dayandırılıb.
Hadisə
23 aprel 2025 10:38
Ağstafanın Qaçaq Kərəm kənd məktəbi işıqsız qalıb, problemin həlli üçün tədbirlər görülür

Ağstafa rayonu Qaçaq Kərəm kənd orta məktəbinə elektrik enerjisinin verilməsi artıq neçə gündür dayandırılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, bunun məktəbin transformatorunda yaranmış nasazlıqla əlaqədar olduğu açıqlanıb.

Qazax-Tovuz Regional Təhsil İdarəsindən "Report"un Qərb bürosunun sorğusuna cavab olaraq bildirilib ki, bir neçə gün bundan əvvəl ölkədə müşahidə edilən qeyri-sabit hava şəraiti və intensiv yağıntılar nəticəsində elektrik xətlərində nasazlıq yarandığı üçün təhsil müəssisəsinin transformator qurğusu sıradan çıxıb.

“Nasazlığın aradan qaldırılması üçün aidiyyəti üzrə müraciət edilib. Yaxın günlərdə məsələnin həll edilməsi üçün müvafiq tədbirlər görülür”, - açıqlamada qeyd olunub.

Bununla belə, məktəbdə tədris prosesi fasiləsiz şəkildə davam edir.

Son xəbərlər

Orphus sistemi