Ağstafada eyni yolda 2 yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var

Ağstafada eyni yolda 2 yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var Bakı-Qazax avtomobil yolunun Ağstafa rayonundan keçən hissəsində 2 avtomobil qəzası olub, xəsarət alanlar var.
Hadisə
22 Mart , 2022 08:33
Ağstafada eyni yolda 2 yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var

Bakı-Qazax avtomobil yolunun Ağstafa rayonundan keçən hissəsində 2 avtomobil qəzası olub.

"Report"un Qərb bürosunun məlumatına görə, ilk qəza "VAZ" və "Mercedes" markalı avtomobillərin toqquşması ilə baş verib. Hadisə zamanı Ağstafa rayon sakinləri - 1994-cü il təvəllüdlü E.Şəmmədov və Qazax rayon sakini, 1994-cü il təvəllüdlü A.Kərimov xəsarət alıblar. Onlardan biri Ağstafa Mərkəsi rayon Xəstəxanasına, digəri isə Qazax Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Digər avtomobil qəzası isə Gürcüstan vətəndaşının idarə etdiyi "TIR" tipi yük avtomobilinin aşması nəticəsində qeydə alınıb. Qəza zamanı avtomobilin sürücüsü, Gürcüstan vətəndaşı, 1963-cü il təvəllüdlü İvanaşvli Gorgi Aleksandrovic xəsarət alıb. Ona ambulator yardım göstərilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi