Lənkəranda avtomobil 45 yaşlı qadını vuraraq öldürüb - YENİLƏNİB

Lənkəranda avtomobil 45 yaşlı qadını vuraraq öldürüb - YENİLƏNİB Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb.
Hadisə
23 May , 2024 01:33
Lənkəranda avtomobil 45 yaşlı qadını vuraraq öldürüb - YENİLƏNİB

Lənkəranda avtomobilin vuraraq öldürdüyü qadının kimliyi məlum olub.

“Report”un Cənub bürosunun xəbərinə görə, bu, Lənkəran şəhər Şəhidlər Xiyabanı küçəsində yaşayan 1979-cu il təvəllüdlü Vüsalə Müqabil qızı Əliyevadır.

Qeyd edək ki, hadisə şəhərin Şəhidlər Xiyabanı küçəsində baş verib. Belə ki, “VAZ-2106" markalı minik avtomobil V.Əiyevanı vurub. Ağır xəsarətlər alan piyada Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, yaralının həyatını xilas etmək mümkün olmayıb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Hadisəni törədən sürücü isə Güloğlan Allahverdi oğlu İsmayılovdur.

Faktla bağlı araşdırma aparılır.

00:13

Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb.

Bu barədə "Report"un Cənub bürosuna hadisə şahidləri bildiriblər.

Məlumata görə, hadisə şəhərin Şəhidlər Xiyabanı küçəsində baş verib. Belə ki, “VAZ-2106" markalı minik avtomobili 35-40 yaşlı qadını (şəxsiyyəti dəqiqləşdirilir - red) vurub.

Ağır xəsarətlər alan piyada Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, yaralının həyatını xilas etmək mümkün olmayıb. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi