MN-də 9 milyonluq mənimsəmədə təqsirləndirilən sabiq xidmət rəisi məhkəmədən vaxt istəyib 

MN-də 9 milyonluq mənimsəmədə təqsirləndirilən sabiq xidmət rəisi məhkəmədən vaxt istəyib  Müdafiə Nazirliyinin tabeliyindəki Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hadisə
22 May , 2024 19:09
MN-də 9 milyonluq mənimsəmədə təqsirləndirilən sabiq xidmət rəisi məhkəmədən vaxt istəyib 

Müdafiə Nazirliyinin tabeliyindəki Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report" xəbər verir ki, müdafiə tərəfi vəsatət verərək bildirib ki, istintaq dövründə dəymiş ziyandan 160 min manat ödənilib. Nardaranda Ləhic bağları adlanan yerdə onun həyat yoldaşına məxsus katej tipli beş bağ evinə istintaq dövründə həbs qoyulub və onların dəyəri real qiymətindən aşağı, yəni 684 min manat göstərilib.

"Rəşad Məlikzadə həbs olunmamışdan əvvəl Dövlət Təhlükəsizliyi Xidməti dəymiş ziyanın ödənilməsi üçün xəbərdarlıq etmişdi. Ziyanı ödəmək üçün katejlər satışa çıxarılıb və 40 min manat da beh alınıb. Həmin obyektləri 800 min manata satacaqdılar. O vaxt katejləri alan şəxs Rusiyada olub. Ona görə satış edə bilməyiblər. Məhkəmədən xahiş edirik ki, həmin obyektlər üzərindən həbs götürülsün ki, sataraq dəymiş ziyanı ödəsinlər", - müdafiə tərəfi bildirib.

Təqsirləndirilən şəxsin vəkili məhkəmədən xahiş edib ki, qeyd olunan faktlara görə R.Məlikzadə barəsində yüngülləşdirici qərarlar qəbul olunsun.

Həmçinin o vurğulayıb ki, Rəşad Məlikzadənin MN-in Maliyyə və Büdcə idarəsinə 480 min manat pul verilməsi ilə bağlı video matreal istintaqa təqdim olunub. Müdafiəçi həmin videonun araşdırılmasını xahiş edib.

Məhkəmənin növbəti iclası mayın 29-na təyin olunub.

Qeyd edək ki, R.Məlikzadəni 26 sentyabr 2022-ci ildə DTX saxlayıb və Bakı Hərbi məhkəməsi qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

9.369.411 manat pul vəsaitini mənimsəməkdə təqsirləndirilən sabiq rəis Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi