Ağstafada avtomobillə vurulan piyada xəstəxanada ölüb
Hadisə
- 11 iyul, 2017
- 07:33
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 11 iyul REPORT.AZ/ Ağstafa rayonunda avtomobillə vurulan piyada xəstəxanada ölüb.
"Report" xəbər verir ki, hadisə bu ilin iyun ayının 27-də rayonun Vurğun qəsəbəsi ərazisində baş verib.
Belə ki, rayonun Eynallı kənd sakini Ruslan Kabıyev idarə etdiyi "VAZ-21065" markalı avtomobillə yolu keçmək istəyən qəsəbə sakinini, Namiq Yusifovu vurub. Yaralı xəstəxanaya yerləşdirilib.
Ağstafa Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, həkimlərin səylərinə baxmayaraq, N.Yusifov ötən gün xəstəxanada ölüb.
Faktla bağlı Ağstafa rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Son xəbərlər
12:23
Mingəçevir su anbarında qəfəs tipli təsərrüfatlar formalaşdırılır
ASK
12:22
Gələn ilin büdcəsi xarici qiymət şoklarından sığortalanma prinsipi əsasında hazırlanıb
Energetika
12:22
Azərbaycana kökəltmə məqsədi ilə gətirilən heyvanlar vergidən azad olunacaq
Biznes
12:20
Foto
Naxçıvan Dövlət Filarmoniyasının kollektivi İğdırda konsert proqramı ilə çıxış edib
Mədəniyyət siyasəti
12:19
Formula 1 və Formula 2 yarışları ilə əlaqədar vergi güzəştlərinin müddəti uzadılır
Biznes
12:17
Vətəndaşlardan nağdsız alınan mənzillərin təkrar satışına ƏDV ticarət əlavəsindən hesablanacaq
Biznes
12:17
Foto
Azərbaycan və Ukrayna energetika nazirləri əməkdaşlıq perspektivlərini müzakirə ediblər
Xarici siyasət
12:16
Ülvi Mehdiyev: "ASAN xidmət" uzun illərdir, Azərbaycanın intellektual brendinə çevrilib
Xarici siyasət
12:16
Sahib Ələkbərov: "Qlobal mənfi proseslərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı artıb"
Maliyyə