Ağstafada arvadını döyərək öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Ağstafada arvadını döyərək öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB Ağstafa rayonunda 35 yaşlı qadın naməlum şəraitdə ölüb.
Hadisə
13 Aprel , 2023 22:25
Ağstafada arvadını döyərək öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Ağstafada arvadını döyərək öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə "Report"a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Məlumata görə, aprelin 8-də Ağstafa rayon sakini, 1988-ci il təvəllüdlü Günel Məmmədovanın müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub. Rayon Polis Şöbəsində araşdırmalar başlanılaraq müvafiq ekspertiza təyin olunub. İlkin araşdırmalar nəticəsində məlum olub ki, zərərçəkənə yumruq və təpiklə həyat yoldaşı Ayaz Məmmədov xəsarət yetirib.

Aprel ayının 13-də G.Məmmədovanın ata evində ölməsi ilə bağlı Ağstafa Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

Hazırda ölümün səbəblərinin müəyyən edilməsi istiqamətində ekspertiza təyin olunub.

Hadisəni törətməkdə şübhəli bilinən Ayaz Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb, araşdırmalar davam etdirilir.

11:23

Ağstafa rayonunda 35 yaşlı qadın naməlum şəraitdə ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Dağ Kəsəmən kəndində qeydə alınıb.

Belə ki, naməlum şəraitdə dünyasını dəyişən 1988-ci il təvəllüdlü Günel Məmmədovanın meyiti müayinə olunması üçün məhkəmə-tibbi ekspertizaya aparılıb.

Hazırda onun ölüm səbəbləri araşdırılır.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi