Ağstafa sakini dərmandan zəhərlənib

Ağstafa sakini dərmandan zəhərlənib Şura Qocayev "Eritrometsin" dərmanını normadan çox qəbul edib
Hadisə
29 Mart , 2017 01:53
Ağstafa sakini dərmandan zəhərlənib
Courtesy İmage

Ağstafa. 29 mart. REPORT.AZ/ Ağstafa rayonunun 21 yaşlı sakini dərmandan zəhərlənib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında, rayonun Dağ Kəsəmən kəndində baş verib.

Kənd sakini, 1996-cı il təvəllüdlü Qocayev Şura Arzuman oğlu başında yaranmış ağrının qarşısını almaq məqsədilə ağrıkəsici "Eritrometsin" dərmanını normadan çox qəbul etdiyi üçün zəhərlənib. O, yaxınları tərəfindən xəstəxanaya aparılıb və Ş. Qocayeva həkimlər tərəfindən tibbi yardım göstərilib.

Ş.Qocayev reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi