Ağdərədə mikroavtobus dərəyə aşıb, xəsarət alanlar var - YENİLƏNİB

Hadisə
  • 08 iyul, 2026
  • 11:43
Ağdərədə mikroavtobus dərəyə aşıb, xəsarət alanlar var - YENİLƏNİB

Ağdərə rayonun Suqovuşan kəndi ərazisində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 6 nəfər (kişi) iyulun 7-si saat 21:40 radələrində Tərtər Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Qeyd olunub ki, pasiyentlərdən 2 nəfər Mingəçevir şəhərində, 1 nəfər isə Bərdə rayonunda yerləşən özəl tibb müəssisələrindən birinə göndərişlə təmin olunub. 1 nəfər isə öz istəyi ilə tibbi xidmətdən imtina edib.

Məlumata görə, hazırda 2 pasiyentin müalicəsi Tərtər Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir.

Ağdərədə fəhlələri daşıyan mikroavtobus dərəyə aşıb.

"Report"un Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Suqovuşan kəndi ərazisində qeydə alınıb.

İlkin məlumatlara görə, qəza zamanı 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Mikroavtobusun şirkətlərdən birində çalışan işçiləri daşıdığı qeyd olunur.

Xəsarət alan 6 nəfərdən 3-ü Mingəçevirdəki özəl xəstəxanaya yerləşdiriliblər.

Qəza nəticəsində xəsarət alan digər 3 nəfər isə Bərdə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.