Ağdaşda müştərilərə qəlyan təklif edən çay evləri aşkarlandı

Ağdaşda müştərilərə qəlyan təklif edən çay evləri aşkarlandı Onlarla izahedici söhbətlər aparılıb və karantin qaydalarına riayət etmələrinin vacibliyi bildirilib
Hadisə
20 May , 2021 12:52
Ağdaşda müştərilərə qəlyan təklif edən çay evləri aşkarlandı

Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının xüsusi karantin rejimi ilə əlaqədar keçirdikləri nəzarət-profilaktik tədbirlər zamanı müştərilərə qəlyan təklif edən bir neçə obyekt aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, rayondakı “Xan” və “Bağ” çay evlərinə baxış keçirilən zaman orada müştərilərin qəlyandan istifadə etdiyi və icarədarların buna şərait yaratdığı məlum olub.

Onlarla izahedici söhbətlər aparılıb və karantin qaydalarına riayət etmələrinin vacibliyi bildirilib.

Çay evlərini icarə əsasında işlədən şəxslər və müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib olunub.

Son xəbərlər

Orphus sistemi