Ağdaşda maşının inəyi vurması nəticəsində 3 nəfər yaralanıb
Hadisə
- 08 noyabr, 2018
- 21:10
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ağdaş. 9 noyabr. REPORT.AZ/ Ağdaş rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report”un Şirvan bürosu xəbər verir ki, rayonun Ləki-Pirəyir yolu ilə hərəkətdə olan “VAZ-2106” markalı avtomobil qarşısına çıxan iribuynuzlu heyvanı vurub.
Nəticədə Kotavan kənd sakinləri - sürücü Xəyal Şıxaliyev, atası Şıxaliyev Məhəmməd Zeynal oğlu və yaxın qohumu Əfsanə Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan M.Şıxaliyevin vəziyyəti ağırdır. Bu səbəbdən onun paytaxt klinikalarından birinə göndərilməsi qərara alınıb.
Faktla bağlı araşdırma aparılır.
Bundan əvvəl Ucarda avtomobil velosipedçini vuraraq öldürüb.
Son xəbərlər
15:37
Avropada bir neçə təyyarə partlayış təhlükəsi səbəbindən məcburi eniş edib - Yenilənib
Digər ölkələr
15:37
Kodzo Taşima FIFA prezidenti postuna namizədliyini irəli sürüb
Futbol
15:36
Estoniya şirkətlərinin Azərbaycan bazarına çıxış imkanları müzakirə edilib
İKT
15:36
Qarabağda balıqçılıq üçün torpaq sahəsi əldə etmək mümkün olacaq
ASK
15:34
Madaqaskarlı nazir dövlət idarəçiliyində şəffaflığı təmin etməyə çağırıb
Xarici siyasət
15:25
AQTA: Balıq məhsullarının daşınması və ixracı zamanı baytarlıq nəzarəti vacibdir
ASK
15:22
Prezident "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"ni təsdiqləyib
İKT
15:21
Foto
Azərbaycan-Gürcüstan hərbi təhsildə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıb
Hərbi
15:13
Gürcüstan dövlət xidmətlərinin göstərilməsində yeni formatlar tətbiq edir
Xarici siyasət