Ağdaşda iki avtomobil toqquşub, xəsarət alan var

Hadisə
  • 12 fevral, 2022
  • 14:11
Ağdaşda iki avtomobil toqquşub, xəsarət alan var

Ağdaşda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Rayonun Aşağı Zeynəddin kəndində “Chevrolet” və "Mercedes" markalı iki minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfər sərnişini deformasiyaya uğrayan "Mercedes" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.