Ağdaşda "Azərenerji"nin elektrik kabeli oğurlanıb

Ağdaşda "Azərenerji"nin elektrik kabeli oğurlanıb Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
18 Fevral , 2017 11:22
Ağdaşda Azərenerjinin elektrik kabeli oğurlanıb

Bakı. 18 fevral. REPORT.AZ/ Ağdaş rayonunda "Azərenerji" QSC-nin elektrik kabeli oğurlanıb.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə fevralın 17-də rayonun Xosrov kəndi ərazisində baş verib.

Belə ki, həmin kənddə naməlum şəxs və ya şəxslər tərəfindən "Azərenerji" QSC-yə məxsus 200 metr elektrik kabeli oğurlanıb.

Ağdaş Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən rayonun Qülbəndə kənd sakini Məhəmməd Cəfərov saxlanılıb.

Faktla bağlı Ağdaş RPŞ-də araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi