Ağdaşda avtomobil atı vuraraq qəzaya düşüb, xəsarət alan var

Ağdaşda avtomobil atı vuraraq qəzaya düşüb, xəsarət alan var Ağdaş. 10 may. REPORT.AZ/ Ağdaş rayonunda xəsarətlə nəticələnən avtomobil qəzası baş verib.
Hadisə
10 May , 2018 09:23
Ağdaşda avtomobil atı vuraraq qəzaya düşüb, xəsarət alan var
Report
0 : 00
0 : 00

Ağdaş. 10 may. REPORT.AZ/ Ağdaş rayonunda xəsarətlə nəticələnən avtomobil qəzası baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, rayon ərazisində "VAZ-2109" markalı avtomobil hərəkətdə olan zaman qəfildən yoluna çıxan atı vurub. Nəticədə avtomobildə olan Ağdaş rayon sakini, 1985-ci il təvəllüdlü Abidova Nasiyə Füzuli qızı baş nahiyəsindən xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Avtomobilin vurduğu atın aqibəti ilə bağlı məlumat yoxdur.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi