Ağdaşda yol qəzasında 3 nəfərin ölümü ilə bağlı cinayət işi başlanıb - YENİLƏNİB-2

Ağdaşda yol qəzasında 3 nəfərin ölümü ilə bağlı cinayət işi başlanıb - YENİLƏNİB-2 Ağdaşda ağır yol qəzası baş verib, ölənlər var.
Hadisə
17 Mart , 2024 11:20
Ağdaşda yol qəzasında 3 nəfərin ölümü ilə bağlı cinayət işi başlanıb - YENİLƏNİB-2

Ağdaşda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb.

Ağdaşda baş verən qəza ilə bağlı DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan "Report"un Yuxarı Şirvan bürosuna bildirilib ki, martın 16-sı saat 22 radələrində Adil Qasımovun idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisində hərəkətdə olarkən yolun kənarında dayanan iki “Ford” markalı yük avtomobili ilə toqquşub.

Hadisə nəticəsində hər iki “Ford”un sürücüsü, 1980-ci il təvəllüdlü Ağəmmədov Yasin Sədyar oğlu və 1991-ci il təvəllüdlü Əlizadə Rəşad Ədalət oğlu, eləcə də orada olan 1982-ci il təvəllüdlü Qarayev Yaşar Maarif oğlu aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.

00:15

Ağdaşda 3 yük avtomobilinin toqquşması nəticəsində 3 nəfər ölüb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Orta-Ləki kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, iki “Ford” markalı yük maşını ilə “ATEGO” markalı yük avtomobili toqquşub.

Nəticədə Qarayev Yaşar Maarif oğlu, Qəbələ rayon sakinləri Əliyev Rəşad Ədalət oğlu və 1980-ci il təvəllüdlü Ağammədov Yasin Sədiyar oğlu dünyasını dəyişib, 1989-cu il təvəllüdlü Ağəmmədov Teymur Yarəməd oğlu isə ağır bədən xəsarətləri alıb.

Yaralı dərhal təcili tibbi yardım maşınının köməkliyi ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda hüquq mühafizə orqanı əməkdaşları hadisə yerindədirlər. Faktla bağlı araşdırma aparılır.

2024-03-16 23:58

Ağdaşda ağır yol qəzası baş verib, ölənlər var.

Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Orta-Ləki kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, iki avtomobilin toqquşması nəticəsində 3 nəfər dünyasını dəyişib, bir nəfər isə ağır bədən xəsarətləri alıb.

Hazırda hüquq-mühafizə orqanı əməkdaşları hadisə yerindədirlər.

Hadisənin tam təfərrüatları barədə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi