Ağdaş sakininin həyətində narkotik bitki plantasiyası aşkar olunub
Hadisə
- 06 iyun, 2017
- 21:20
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 7 iyun. REPORT.AZ/ Ağdaş rayonunun Pirəzə kəndində narkotik bitki plantasiyası aşkar olunub.
“Report”un Qərb bürosu xəbər verir ki, Ağdaş rayon Polis şöbəsi əməkdaşları tərəfindən Pirəzə kənd sakini, 1992-ci il təvəllüdlü Xəyal Qürbət oğlu Quliyevin həyətinə baxış zamanı, onun xüsusi hazırlanmış şəraitdə narkotik bitkilər yetişdirdiyi məlum olub.
Yetişmiş 428 ədəd bitki kolu toplanaraq götürülüb. Məlumata görə, evə baxış zamanı qanunsuz saxlanılan bir ədəd ov tüfəngi, bir ədəd vinçester markalı tüfəng və patron aşkar edilib. Əməliyyat sonrası narkotik bitkilər və silah-sursat dəlil olaraq şöbəyə aparılıb. Xəyal Quliyev saxlanılıb.
Son xəbərlər
16:06
Foto
"Baku Steel Company" Azərbaycan–İtaliya Biznes Forumunda iştirak edib
Biznes
16:03
Azərbaycanda maliyyə sektorunda kibertəhlükəsizliyin əsas çağırışları müzakirə edilib
Maliyyə
16:00
FHN güclü küləklə əlaqədar əhaliyə çağırış edib
Digər
15:53
Nikuşor Dan: Rumıniya Ermənistanın Aİ-yə daxil olmaq səylərini dəstəkləyir
Digər ölkələr
15:51
Azərbaycan güləşçisi Sadiq Mustafazadə üç il müddətinə cəzalandırılıb
Fərdi
15:43
Azərbaycanda kiçik sahibkarlara vergi güzəştinin tətbiqi şərtləri açıqlanıb
Biznes
15:42
Şəkərli diabet xəstələri endokrinoloq tərəfindən 3 ayda 1 dəfə konsultasiya ediləcək
Daxili siyasət
15:41
Azərbaycanda aviasiya hadisələrinin araşdırılması qaydasında dəyişiklik edilib
İnfrastruktur
15:41
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarının sağlamlığı üçün həkim briqadaları fəaliyyət göstərəcək
ASK