Ağdaş sakinindən narkotik maddə götürülüb

Ağdaş sakinindən narkotik maddə götürülüb Ağdaş. 14 fevral. REPORT.AZ/ Ağdaş rayon sakinindən heroin götürülüb.
Hadisə
14 Fevral , 2018 12:13
Ağdaş sakinindən narkotik maddə götürülüb
Report

Ağdaş. 14 fevral. REPORT.AZ/ Ağdaş rayon sakinindən heroin götürülüb.

Bu barədə ”Report”a DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. 

Məlumatda bildirilib ki, Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Anar Süleymanov saxlanılaraq üzərinə baxış keçirilib. Bu zamanı onun üzərində bir bükümdə çəkisi 1.67 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Daha sonra onun yaşadığı evə baxış keçirilib. Polis əməkdaşları tərəfindən oradan əlavə 570 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi