Yuxarı

​Ağdamda yanğın zamanı 70 ədəd ev quşu tələf olub

Yanğın vətəndaşa məxsus köməkçi tikilidə baş verib

Bakı. 26 aprel. REPORT.AZ/ Ağdam rayonunun Birinci Yüzbaşılı kəndində vətəndaşa məxsus köməkçi tikilinin yanar konstruksiyaları yanıb.

"Report" xəbər verir ki, yanğın zamanı tikilinin içərisində olan 70 ədəd ev quşu tüstüdən boğularaq tələf olub.

Yaxınlıqdakı tövlə və ev yanğından mühafizə olunub. Yanğın saat 12:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi