Bakı. 1 mart. REPORT.AZ/ Ağdam rayonunda taksi sürücüsü intihar edib. "Report"un məlumatına görə, hadisə rayonun Sarıçoban kəndində baş verib.
50 yaşlı kənd sakini Atatur Mövsüm Məhəmmədəli oğlu özünü yaşadığı evin həyətindəki ağacdan asaraq intihar edib.
Səhər saatlarında ailə üzvləri 50 yaşlı kişinin meyvə ağacından iplə asılı vəziyyətdə görüblər.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.