Ağdamda avtoxuliqanlıq edən şəxs həbs olunub

Ağdamda avtoxuliqanlıq edən şəxs həbs olunub Ağdam Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını pozaraq digər sürücülərə təhlükə yaradan, cəmiyyətə açıq şəkildə hörmətsizlik edən sürücü həbs edilib.
Hadisə
26 Aprel , 2022 11:38
Ağdamda avtoxuliqanlıq edən şəxs həbs olunub

Ağdam Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polis Bölməsinin (DYPB) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını pozaraq digər sürücülərə təhlükə yaradan, cəmiyyətə açıq şəkildə hörmətsizlik edən sürücü həbs olunub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, DYPB-nin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində idarə etdiyi “VAZ-2106” markalı avtomaşınla xuliqanlıq edərək rayon ərazisində ictimai qaydanı nümayişkaranə şəkildə pozan Eldəniz Məmmədov saxlanılıb.

Həmin şəxs saxlanıldıqdan sonra RPŞ-yə gətirilib, onun sürücülük vəsiqəsinin də olmadığı müəyyən edilib. İdarə etdiyi avtomobil müvəqqəti duracağa yerləşdirilib.

E.Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib. Qərara əsasən o, 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Son xəbərlər

Orphus sistemi