Ağcabədidə tank əleyhinə mina tapılıb

Ağcabədidə tank əleyhinə mina tapılıb Bakı. 5 aprel. REPORT.AZ/ Ağcabədi rayonunda tank əleyhinə mina tapılıb.
Hadisə
5 Aprel , 2018 19:19
Ağcabədidə tank əleyhinə mina tapılıb

Bakı. 5 aprel. REPORT.AZ/ Ağcabədi rayonunda tank əleyhinə mina tapılıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) "Report"a verilən məlumata görə, aprelin 5-i saat 16:23-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 17:15-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Ağcabədi rayonu, Xocavənd kəndi ərazisində hərbi sursata oxşar əşyanın tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunan ərazidə Qarqar çayının içərisinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd təlim məqsədli tank əleyhinə mina (TM-62M) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş minanın ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Son xəbərlər

Orphus sistemi