Ağcabədidə piyadanı avtomobil vurub

Ağcabədidə piyadanı avtomobil vurub Ağcabədi. 17 dekabr. REPORT.AZ/ Ağcabədi rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
17 Dekabr , 2018 10:13
Ağcabədidə piyadanı avtomobil vurub
0 : 00
0 : 00

Ağcabədi. 17 dekabr. REPORT.AZ/ Ağcabədi rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayonun Boyat kəndində qeydə alınıb. 

Belə ki, rayon sakini Məhəmmədəli Cəfərovun idarə etdiyi "Hyundai" markalı minik avtomobili yolu keçəmək istəyən 28 yaşlı Elnur Səlim oğlu Kərimovu vurub. Yaralı sürücü tərəfindən xəstəxanaya çatdırılıb. Həkimlər E.Kərimovun vəziyyətini orta-ağır qiymətləndirib.

Fakt bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi