​Ağcabədidə məktəb binası yanaraq külə dönüb

​Ağcabədidə məktəb binası yanaraq külə dönüb İnzibati binanın kiçik hissəsi yanğından mühafizə olunub
Hadisə
17 Yanvar , 2016 21:15
​Ağcabədidə məktəb binası yanaraq külə dönüb

Bakı. 17 yanvar. REPORT.AZ/ Bu gün Ağcabədi rayonunda yanğın hadisəsi baş verib.

"Report" xəbər verir ki, yanğın Hindarx qəsəbəsində qeydə alınıb.

Məlumata görə, ümumi sahəsi 1100 kv.m olan birmərtəbəli inzibati binanın yanar konstruksiyaları 850 kv.m sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:28-də söndürülüb.

Son xəbərlər

Orphus sistemi