Ağcabədi sakinindən “Makarov” tapançası götürülüb

Ağcabədi sakinindən “Makarov” tapançası götürülüb Ağcabədi rayon sakinindən silah-sursat götürülüb.
Hadisə
16 Sentyabr , 2019 12:43
Ağcabədi sakinindən “Makarov” tapançası götürülüb

Ağcabədi rayon sakinindən silah-sursat götürülüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Füzuli Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bala Bəhmənli kəndi ərazisində Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş M.Qasımovun idarə etdiyi “VAZ-21011” markalı avtomobil saxlanılıb.

Baxış zamanı avtomobildən nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı, 3 ədəd patron, 1 ədəd uzaqgörmə cihazı və 2 ədəd bıçaq aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi