Ağcabədi sakini həyətyanı sahəsində çətənə kolları becərirmiş

Ağcabədi sakini həyətyanı sahəsində çətənə kolları becərirmiş Faktla bağlı Ağcabədi rayon Polis Şöbəsinin istintaq bölməsində cinayət işi başlanıb, araşdırma aparılır
Hadisə
2 İyul , 2015 13:25
Ağcabədi sakini həyətyanı sahəsində çətənə kolları becərirmiş

Bakı. 2 iyul. REPORT.AZ/ Ağcabədi polisi rayon sakininin həyətyanı sahəsində çətənə kolları aşkarlayıb. 

Ağcabədi Polis Şöbəsinin istintaq bölməsinin rəisi Elşən İsmayılovun "Report"a verdiyi məlumata görə, rayonun Xocavənd kəndində yaşayan Əliyev Rafael Aydın oğlunun həyətyanı sahəsinə baxış keçirilən zaman 73 ədəd boyu 150 sm, çəkisi təxminən 200 kiloqramdan artıq olan aqrotexniki qaydada qulluq edilən çətənə kolu aşkar edilib.

R.Əliyevin dediyinə görə, çətənə kolunu özünün istifadə etməsi üçün əkibmiş.

Faktla bağlı Ağcabədi rayon Polis Şöbəsinin istintaq bölməsində cinayət işi başlanıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi