Abşeronda yanacaqdoldurma məntəqəsindən oğurluq edilib

Abşeronda yanacaqdoldurma məntəqəsindən oğurluq edilib Obyekt müdirinin otağından 2800 manat oğurlanıb
Hadisə
8 Sentyabr , 2014 14:51
Abşeronda yanacaqdoldurma məntəqəsindən oğurluq edilib
Bakı. 8 sentyabr.REPORT.AZ/ Azərbaycanın Abşeron rayonunda yanacaqdoldurma məntəqəsindən oğurluq edilib. Abşeron Rayon Polis Şöbəsindən (RPŞ) Report-a verilən məlumata görə, hadisə rayon ərazisində yerləşən “Petrolux” yanacaqdoldurma məntəqəsində baş verib. Abşeron RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin məntəqədə, obyektin müdiri Novruz Qərənizadənin otağından 2800 manat oğurlayan Bakı şəhər sakini  Elba Əhmədov tutulub.

Saxlanılan şəxs müxtəlif cinayətlər etdiyi üçün əvvəllər dəfələrlə məhkum olunub. Hadisə ilə bağlı cinayət işi başlanıb, istintaq gedir.

Son xəbərlər

Orphus sistemi