Abşeron. 28 fevral. REPORT.AZ/ Abşeron rayonunda zirzəmidə tapılan meyitin kimə məxsus olduğu məlum olub.
"Report"un yerli bürosunun məlumatına görə, Xırdalan şəhərində yaşayış binalarının birinin zirzəmisində 1978-ci il təvəllüdlü Cavid Əliyevin meyiti tapılıb.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.
Hadisə yerinə baxış keçirilib.
Meyit müayinə olunması üçün
*** 11:23
Abşeron. 28 fevral. REPORT.AZ/ Abşeron rayonunda zirzəmidən naməlum kişi meyiti tapılıb.
"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, Xırdalan şəhərində yaşayış binalarının birinin zirzəmisində bir nəfərin meyitinin olması barədə hüquq-mühafisə orqanlarına məlumat daxil olub.
Polis əraziyə baxış keçirib. Nəticədə təxminən, 40-45 yaşlarında olan kişi meyiti tapılıb. Şəxsin kimliyi hələlik məlum deyil. Meyitin üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.