Abşeronda yeznəsini öldürməkdə təqsirləndirilən şəxsin ibtidai istintaqı başa çatıb

Abşeronda yeznəsini öldürməkdə təqsirləndirilən şəxsin ibtidai istintaqı başa çatıb Bakı. 14 noyabr. REPORT.AZ/ Abşeron rayonunda yeznəsini öldürməkdə təqsirləndirilən Şahin Qasımovun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.
Hadisə
14 Noyabr , 2018 13:35
Abşeronda yeznəsini öldürməkdə təqsirləndirilən şəxsin ibtidai istintaqı başa çatıb
Report

Bakı. 14 noyabr. REPORT.AZ/ Abşeron rayonunda yeznəsini öldürməkdə təqsirləndirilən Şahin Qasımovun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

"Report"un xəbərinə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim İradə Həsənzadənin icraatına verilib.

Məhkəmənin vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə bu ilin yayında Abşeron rayonu Saray qəsəbəsi, "Badamlılıq" yaşayış massivində baş verib. Həmin ərazidə Ş.Qasımov yeznəsi M.Abbasovu bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. M.Abbasov xəstəxanada ölüb.

Ş.Qasımov barəsində Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səsbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi