Abşeronda rus əsilli Azərbaycan vətəndaşlarını istismar etməkdə təqsirləndirilən qohumlara şərti cəza verilib

Abşeronda rus əsilli Azərbaycan vətəndaşlarını istismar etməkdə təqsirləndirilən qohumlara şərti cəza verilib Bakı. 15 mart. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində 17 il ərzində milliyyətcə rus olan Azərbaycan vətəndaşlarını məcburi əməklə istismar etməkdə və insan alverində təqsirləndirilən Tofiq Rzayev və onun qardaşı oğlu Vüqar Rzayevin cinayət işi üzrə məhkəmə başa çatıb.
Hadisə
15 Mart , 2018 14:32
Abşeronda rus əsilli Azərbaycan vətəndaşlarını istismar etməkdə təqsirləndirilən qohumlara şərti cəza verilib

Bakı. 15 mart. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində 17 il ərzində milliyyətcə rus olan Azərbaycan vətəndaşlarını məcburi əməklə istismar etməkdə və insan alverində təqsirləndirilən Tofiq Rzayev və onun qardaşı oğlu Vüqar Rzayevin cinayət işi üzrə məhkəmə başa çatıb.

"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə T.Rzayev 8 il, V.Rzayev isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, onların barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilib. Hər iki şəxsə 2 il sınaq müddətinə təyin edilməklə şərti cəza verilib.

Qeyd edək ki, təqsirləndirilən T.Rzayev və onun qardaşı oğlu V.Rzayev 2000-ci ildən bəri zərərçəkmiş şəxslər - Aleksandr Kolesnikov və İqor Kolesnikova hədə-qorxu gələrək Abşeron rayonunda yerləşən Donuz kökəltmə fermasında məcburi şəkildə işlədiblər. Daha sonra hər iki şəxs İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Hər iki şəxs barəsində polis nəzarəti altına verilməklə qətimkan tədbiri seçilmişdi.

Onlar Cinayət Məcəlləsinin 144-2-ci (insan alveri və istismarı, məcburi əmək) maddəsi ilə ittiham olunublar.

Son xəbərlər

Orphus sistemi