Abşeronda qardaş qardaşı bel ilə döyərək ona ağır xəsarət yetirib

Abşeronda qardaş qardaşı bel ilə döyərək ona ağır xəsarət yetirib Nəticədə o açıq kəllə-beyin travması alıb
Hadisə
13 İyul , 2018 07:33
Abşeronda qardaş qardaşı bel ilə döyərək ona ağır xəsarət yetirib

Bakı. 13 iyul. REPORT.AZ/ Abşeron rayonunda dava zamanı bir nəfər xəsarət alıb.

"Report"un xəbərinə görə, hadisə Mazasır qəsəbəsində baş verib.

Belə ki, 1974-cü il təvəllüdlü Hümbətov Rövşən İmran oğlu qardaşı Ruslan Hümbətovla yaşadığı evdə mübahisə edib.

Mübahisə hər iki tərəfin bir-biri ilə əlbəyaxa davası ilə nəticələnib. Dava zamanı R.Hümbətov qardaşının başına bel ilə zərbə vurub. Nəticədə Ruslan Hümbətov açıq kəllə-beyin travması alıb. 

Yaralı 1 saylı Kliniki Tİbbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən Rövşən Hümbətovu saxlayıb.

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi