Abşeronda qadının protez dişlərinini oğurlamaqda təqsirləndirilən şəxslərin məhkəməsində zərərçəkmiş dindirilib

Abşeronda qadının protez dişlərinini oğurlamaqda təqsirləndirilən şəxslərin məhkəməsində zərərçəkmiş dindirilib Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib
Hadisə
22 Sentyabr , 2017 14:43
Abşeronda qadının protez dişlərinini oğurlamaqda təqsirləndirilən şəxslərin məhkəməsində zərərçəkmiş dindirilib

Bakı. 22 sentyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində yaşlı qadının mənzilinə qanunsuz olaraq daxil olub, protez dişlərinini oğurlamaqda təqsirləndirilən 1979-cu il təvəllüdlü Heydər Əhmədov və 1984-cü il təvəllüdlü Elbrus Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Hər iki şəxs məhkəmədə özlərini təqsirli bildiklərini və peşman olduqlarını deyiblər.

Daha sonra zərərçəkmiş Dürdanə Abbasova ifadə verib. O, hadisə zamanı xəsarətlər aldığını söyləyib: "Həmin gün bunlar məndən pul istədilər. Torpaq satdığımızı və onlara pul verməyimi dedilər. Amma biz torpaq satmamışdıq. Hadisədən 7-8 ay əvvəl qardaşım torpaq satmışdı".

Zərərçəkmişin sözlərinə görə, evdən 400 manatlıq oğurluq edilib: "Protezimi də çıxarıb masanın üstünə qoymuşdum. Hamısını götürüb aparıblar".

D.Abbasova təqsirləndirilən şəxslərə qanuna uyğun cəza verilməsini tələb edib.

İttiham aktına əsasən, hadisə bu ilin may ayının 1-də Abşeron rayonunda baş verib. H.Əhmədovla E.Məmmədov Dürdanə Abbasovanın mənzilinə qanunsuz olaraq daxil olublar. Onlar mənzil sahibini döyərək xəsarət yetiriblər. Evdə tək olan yaşlı qadının qızıl protez dişlərini, nağd pulunu götürüblər. Həmin şəxslər mənzil sahibinə 615 manat zərər vurublar.

H.Əhmədovla E.Məmmədov digər cinayət əməlini isə Zamirə Abıyevaya qarşı törədiblər. Təqsirləndirilənlərdən E.Məmmədov Z.Abıyevanın çantasından mobil telefonunu oğurlayıb.

Hər iki şəxs Cinayət Məcəlləsinin 181-ci (quldurluq), 177-ci (oğurluq) maddələri ilə ittiham olunurlar.

Xatırladaq ki, təqsirləndirilən şəxslər daha əvvəl də xuliqanlıq maddəsinə görə həbs ediliblər.

Son xəbərlər

Orphus sistemi