Abşeronda kişi naməlum şəxsə telefonunu vermədiyinə görə bıçaqlanıb - FOTO - VİDEO - YENİLƏNİB

Abşeronda kişi naməlum şəxsə telefonunu vermədiyinə görə bıçaqlanıb - FOTO - VİDEO - YENİLƏNİB Hadisə o, yaşadığı evə girən zaman baş verib
Hadisə
30 Noyabr , 2017 09:55
Abşeronda kişi naməlum şəxsə telefonunu vermədiyinə görə bıçaqlanıb - FOTO - VİDEO - YENİLƏNİB
Report

Video əlavə olunub


*** 03:54

Bakı. 30 noyabr. REPORT.AZ/ Abşeron rayonunun Mehdiabad qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, 1988-ci il təvəllüdlü Qəhrəmanov Elnur Füzuli oğlu yaşadığı evə daxil olmaq istəyərkən ona naməlum şəxs yaxınlaşaraq mobil telefonunu tələb edib.

E.Qəhrəmanov ona yox cavabı verdikdə, naməlum şəxs E.Qəhrəmanova 3 bıçaq zərbəsi vurub.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib. Növbətçi cərrah Bəhram Zeynalovun "Report"a verdiyi məlumata görə, yaralı əməliyyat edilib. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi