Yuxarı
    Bağlamaq

    Abşeronda arvadını xüsusi amansızlıqla öldürən şəxs 17 il müddətinə azadlıqdan məhrum edilib

    Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub

    Bakı. 10 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməkdə təqsirləndirilən Sadiq Muxtarovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

    "Report"un məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, S.Muxtarov 17 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, hadisə ötən il oktyabrın 10-da saat 12 radələrində baş verib. Abşeron rayonunun Masazır qəsəbə sakini, 1990-cı il təvəllüdlü Sadiq Muxtarov həmin qəsəbədə yaşayan, keçmiş həyat yoldaşı, 1993-cü il təvəllüdlü Lalə Muxtarovaya ailə üzvlərinin gözü qarşısında ağır dəmir parçası (ling) çoxsaylı xəsarətlər yetirərək xüsusi amansızlıqla qətlə yetirib. Hadisədən sonra S.Muxtarov mətbəx bıçağı ilə özünə də xəsarətlər yetirib. Yaralı xəsarətlə Respublika Klinik Xəstəxanasına yerləşdirilib. Hadisə qısqanclıq zəminində baş verib.

    S.Muxtarov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi