"8-ci km bazarı"nda gənci bıçaqlayan şəxsin məhkəməsi başlayıb

"8-ci km bazarı"nda gənci bıçaqlayan şəxsin məhkəməsi başlayıb Bakıda tanışını bıçaqlamaqda təqsirləndirilən Sərdar Soltanovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Hadisə
29 İyun , 2022 11:00
8-ci km bazarında gənci bıçaqlayan şəxsin məhkəməsi başlayıb

Bakıda tanışını bıçaqlamaqda təqsirləndirilən Sərdar Soltanovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyulun 6-na təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin aprelində paytaxtın Nizami rayonu "8-ci km bazarı" adlanan bazarda qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü S.Soltanov aralarında yaranmış münaqişə zəminində Xaçmaz rayon sakini, 1994-cü il təvəllüdlü Orxan Vahabzadəni bıçaqlayıb.

Yaralı təcili yardım vasitəsilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib və həyatını xilas etmək mümkün olub.

S.Soltanova qarşı Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi