30 yaşlı kişi kirayədə qaldığı evdə özünü asıb

Hadisə
  • 11 fevral, 2021
  • 08:22
30 yaşlı kişi kirayədə qaldığı evdə özünü asıb

Bakı şəhəri, Xəzər rayonunda intihar hadisəsi baş verib.

“Report”un xəbərinə görə, Masallı rayon sakini, 30 yaşlı H.Abdullayev kirayədə yaşadığı evdə özünü asıb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.