"Zirə" Gəncədə "Kəpəz"i məğlub edə bilməyib - FOTO - VİDEO

"Zirə" Gəncədə "Kəpəz"i məğlub edə bilməyib - FOTO - VİDEO Azərbaycan Premyer Liqasının XXI turunun açılış oyunu qolsuz yekunlaşıb
Futbol
1 Aprel , 2018 16:57
Zirə Gəncədə Kəpəzi məğlub edə bilməyib - FOTO - VİDEO

Gəncə. 1 aprel. REPORT.AZ / Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura start verilib.

"Report"un məlumatına görə, açılış oyunu Gəncə şəhər stadionunda "Kəpəz" və "Zirə" komandaları arasında keçirilib.

Görüşü izləyən 10 minədək azarkeş arasında "Kəpəz"in futbolçusu Quli Manjqaladzenin Gürcüstandan gəlmiş ailə üzvləri də olub. Eyni zamanda, "Zirə"ni dəstəkləmək üçün Bakıdan 9 azarkeş Gəncəyə yollanmağı özlərinə borc bilib. Qarşılaşma AFFA Məşqçilər Komitəsinin üzvü, "Neftçi" və "Bakı"nın sabiq baş məşqçisi Böyükağa Hacıyevin vəfatı ilə əlaqədar 1 dəqiqəlik sükutla başlayıb.

Qarşılaşma 0:0 hesablı heç-heçə ilə yekunlaşıb. Bu nəticədən sonra "Kəpəz" xallarını 11-ə çatdırsa da, yenə sonuncu pillədə qalıb. "Zirə" isə qış fasiləsindən sonra yenə qələbəyə həsrət qalıb. Hazırda Ayxan Abbasovun baş məşqçi olduğu komandanın 34 xalı var və bir oyun az keçirən "Sumqayıt"la 3-4-cü yerləri bölüşür.

Komandalar oyunu bu heyətlə keçiriblər:

"Kəpəz”: 22. Sergey Litovçenko 15. İqor Korotetski 13.Şəhriyar Rəhimov (k) 4. Şəhriyar Əliyev 18. Tural Cəlilov 91. Dario Federiko 16. Quili Mandqaladze 20. Tərzin Cahangirov 7. Roman Hüseynov 48. Dieqo Souza 24. Şadon Vinçester

Ehtiyat oyunçular: 1.Davud Kərimi 55. Tərlan Qasımzadə 5. Tural Nərimanov 9. İlkin Sadıqov 12. İlyas Səfərzadə 2. Yusif Cəfərov 21. Murad Səttarlı 10. Tural Rzayev 8. Samir Zərgərov 11. Kamran Abdullazadə

Baş məşqçi: Yunis Hüseynov

"Zirə”: 1. Anar Nəzirov (k) 3. Jozef Bum 4. Vüqar Mustafayev 5. Adil Nağıyev 7. Sadio Tounkara 8. Milan Duriç 16. İbrahim Aslanlı 18. Yani Urdinov 29. Comal Uilyams 43. Riçard Qadze 88. Elşən Abdullayev

Ehtiyat oyunçular: 85. Kamal Bayramov 9. Aleksandr Dedov 10. Orxan Əliyev 11. Viktor İqbekoyi 13. Aleksandr Şemonayev 14. Tellur Mütəllimov 17.Vüsal İsgəndərli 38. İlkin Muradov 39. Sadiq Quliyev 57. Kənan Zülfüqarov 77. Mirsahib Abbasov

Baş məşqçi: Ayxan Abbasov

Qeyd edək ki, günün digər qarşılaşması saat 18:30-da başlanacaq. Lider "Qarabağ" "Keşlə"ni qəbul edəcək. Turun son oyunları isə aprelin 2-də olacaq. Saat 17:00-da "Qəbələ" - "Sumqayıt", saat 19:30-da isə "Neftçi" - "Səbail" görüşləri keçiriləcək.

Son xəbərlər

Orphus sistemi